image-8backend

Bakıda 20 yaşlı motosikletçini avtomobil vurub

image-reklam_sirab_01

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Veteninfo.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Motosikletlə hərəkətdə olan 2001-ci il təvəllüdlü Rüstəmov Kənan Elnur oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki