image-14backend

Bakıda 22 yaşlı gəncin bıçaqlanması ilə bağlı cinayət işi açılıb

image-reklam_sirab_01

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Veteninfo.az-ın  əldə etdiyi məlumata görə, hadisə oktyabrın 25-də saat 20 radələrində paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Əliyev Şükran Mürsəl oğlu həmyaşıdı olan tanışı Heydərov Tural Məmmədtağı oğluna yaşadığı mənzildə bir neçə bıçaq zərbəsi endirib. Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşları tərəfindən Ş.Əliyevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki