image-28backend

Bakıda 27 yaşlı qadın itkin düşüb

image-reklam_sirab_01

Ağstafa rayonunda qeydiyyatda olmaqla paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində yaşayan 27 yaşlı Günay Nəsibova itkin düşüb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Onun həyat yoldaşı polisə ərizə yazaraq bildirib ki, bu ilin oktyabr ayının 22-də səhər saat 11 radələrində evdən çıxıb və axşam yaşadıqları ünvana qayıdan zaman G.Nəsibovanı orada olmadığını müəyyən edib. Axtarışları nəticə vermədiyi üçün o, bu barədə polisə məlumat verib.

“Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə (012) 491-02-02 və 012-437-02-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, – Mətbuat Xidmətindən bildirilib.

Günay Nəsibova

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki