Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Veteninfo.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Yolu keçən 2013-cü il təvəllüdlü Quluzadə Mehdi Nəcəf oğlunu avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.


























