image-8backend

Bakıda avtomobil 53 yaşlı qadını vurub

image-reklam_sirab_01

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Veteninfo.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Səkkizinci mikrorayon ərazisində 1968-ci il təvəllüdlü Cəbrayılova Adikə Firudin qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı-kəllə beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki