image-11backend

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

image-reklam_sirab_01

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Veteninfo.az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 16-sı saat 07 radələrində paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində qeydə alınıb.

Belə ki, Ələsgərov Səbuhi Qalib oğlu idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə piyada Zeynalov Hüseynəli Vaqif oğlunu vurub. Nəticədə yaralı hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb, istintaq aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki