image-55backend

Bakıda dələduzluq edən şəxsə hökm oxunub

image-reklam_sirab_01

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İbrahim Babaşovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Veteninfo.az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Babaşov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, İ.Babaşov vətəndaşlar – Şahin Hüseynov və Emin Əsədova qarşı dələduzluq edib.

Belə ki, Ş.Hüseynov və E.Əsədovun barəsində hüquq-mühafizə orqanlarının birində qaçaqmalçılıqla bağlı cinayət işi açılıb. İ.Babaşov isə bu işə xitam verdirəcəyi vədi verib, lakin sonradan o, vədinə əməlk etməyərək həmin şəxslərin pulunu dələduzluq yolu ilə ələ keçirib.

İttihamda göstərilib ki, İ.Babaşov Ş.Hüseynovdan 49 700 manat, E.Əsədovdan isə 10 min manat pul alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki