image-2backend

Bakıda intihara cəhdin qarşısı alınıb

image-reklam_sirab_01

Bakının Xətai rayonunda intihara cəhd olub.

Bu barədə Veteninfo.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki