image-68backend

Bakıda narkotacirə hökm oxunub

image-reklam_sirab_01

Bakı Ağır Cinayət Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qəşəm Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Veteninfo.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Q.Quliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Q.Quliyev hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ondan 30 qram narkotik maddə olan marixuana aşkarlanıb.

Xatırladaq ki, Q.Quliyev əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb və 2019-cu ildə azadlığa buraxılıb. Bu il isə narkotik satarkən yaxalanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki