image-46backend

Bakıda sanitariya-gigiyena qaydalarını pozan sürücülər cərimələnib

image-reklam_sirab_01

Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 4-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Yasamal rayonunun Qanlıgöl ərazisində “KamAZ” və “Qazel” markalı 3 yük avtomobili ilə məişət və digər qarışıq tullantıların boşaldılaraq qalaqlanması aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə həmin yük avtomobillərinin sürücüləri barəsində protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki