image-17backend

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

image-reklam_sirab_01

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Veteninfo.az-ın  əldə etdiyi məlumata görə, hadisə oktyabrın 25-də axşam saatlarında Binə qəsəbəsi, “Badam bağları” yaşayış sahəsində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Müslüm Əhmədovun idarə etdiyi 169 nömrəli marşrut xətti üzrə “Daewoo” markalı sərnişin avtobusu yolu keçən piyadanı – 1985-ci il təvəllüdlü Zaur Ələkbərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki