image-img-20220614-wa0060backend

Bakıda “Son zəng” tədbiri keçirilib – FOTO

image-reklam_sirab_01

Bu gün Heydər Əliyev adına liseydə “Son zəng” tədbiri keçirilib.

Veteninfo.az xəbər verir ki, ədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Xətai rayon prokuroru Sərdar İmanov, Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi Əlaqələr şöbəsinin müdiri Pənah İmanov və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun məsləhətçisi Hüseyn Hüseynov və digərləri iştirak ediblər.

Tədbirdə liseyin şəhid məzunu Manafov Cavid Faiq oğlunun timsalında canlarını Vətən uğrunda fəda etmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru Sevinc Orucova tədris ilində əldə edilən yüksək nailiyyətlərdən danışıb: “Bu il üç sinif üzrə 66 nəfər şagirdimiz məzun olur. Bu şagirdlərdən Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanında 297 balla ən yüksək nəticə göstərən şagirdimiz Rəhimli Aysudur”.

Tədbirin davamında Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə bürünc medala layiq görülmüş Qədirov Metin, Respublika Fənn müsabiqələrində fizika fənni üzrə bürünc medala layiq görülmüş və Təhsil Nazirliyinin təşkil etdiyi “Zəfər yolu” və “Düşünən oxucu” müsabiqələrində uğurlu iştirak etmiş şagirdlər mükafatlandırılıb.

Daha sonra sinif rəhbərləri və məzunlar çıxış edərək ürək sözlərini bildiriblər. 11-ci sinif şagirdləri son zəngin sədaları altında elmin, biliyin açarını 10-cu sinif şagirdlərinə təqdim ediblər.

image-img-20220614-wa0063 image-img-20220614-wa0062 image-img-20220614-wa0061 image-img-20220614-wa0058 image-img-20220614-wa0060 image-img-20220614-wa0059 image-img-20220614-wa0056 image-img-20220614-wa0057 image-img-20220614-wa0054 image-img-20220614-wa0055 image-img-20220614-wa0053


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki