image-55backend

Bakıda Vətən müharibəsi qazisinə qarşı dələduzluq edilib

image-reklam_sirab_01

Bakıda dələduzluq hadisəsi olub.

Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Vətən müharibəsi qazisi R.Salmanov Albalı qəsəbəsindəki bağına jalüz qapı düzəltdirmək məqsədi ilə bu işlə məşğul olan T.Mustafayevə sifariş verib. O, həmin şəxsə 1 200 manat pulu öncədən ödəyib. Qapının quraşdırılması üçün lazımi ölçüləri götürən T.Mustafayev bir ay keçməsinə baxmayaraq, heç bir iş görməyib.

Daha sonra R.Salmanov pulun ona qaytarılmadığı üçün Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edib. T.Mustafayev polis əməkdaşları tərəfindən bölməyə dəvət edilib və qaziyə dəymiş maddi ziyanın ödətdirilməsi təmin olunub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki