image-98backend

Baş Prokurorluq hərbçinin zorakılığa məruz qalması iddialarına münasibət bildirib

image-reklam_sirab_01

Baş Prokurorluq hərbçinin zorakılığa məruz qalması iddialarına münasibət bildirib.

Qurumun Mətbuat Xidmətindən “Report”a daxil olan məlumatında deyilir:

“Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə səhifələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Rəsul Quliyevin guya Qubadlı Hərbi Prokurorluğunda zorakılığa məruz qalması ilə bağlı videomüraciəti yayılıb.

Həmin videomüraciətlə əlaqədar bildiririk ki, Rəsul Quliyevin xidmətdə olduğu N saylı hərbi hissədən daxil olmuş materiallar əsasında Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddələri ilə cinayət işi başlanaraq, tabeliyində olan hərbi qulluqçulara qarşı zor tətbiq etməkdə təqsirləndirilən Rəsul Quliyevə qeyd olunan maddələrlə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib..

Cinayət işi üzrə məhkəmə-tibb ekspertizası təyin olunmuş, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilmiş, o cümlədən üzləşdirmə və digər zəruri istintaq hərəkətləri həyata keçirilib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki