image-qetlbackend

Bərdədə fermada həmkarını bıçaqlayan çobana hökm oxunub

image-reklam_sirab_01

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fərid Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Veteninfo.az-ın xəbərinə görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Bərdə rayonunun Türkmən kəndi ərazisində yerləşən fermada baş verib.

Belə ki, Bərdə şəhər sakini, 1996-cı il təvəllüdlü Əzizov Fərid Rauf oğlu naxırçı işlədiyi südçülük fermasında həmin fermada naxırçı işləyən, Bərdə rayonunun Lək kənd sakini, 1982-ci il təvəllüdlü Bayramov Seymur Marif oğlu ilə şəxsi münasibətlər zəminində dava edib.

Dava zamanı F.Əzizov mətbəx bıçağı il S.Bayramovun bel nahiyəsinə ağır xəsarətlər yetirib.

Bundan başqa o, S.Bayramovun sifətinin sağ tərəfinə dəmir boru ilə zərbələr endirib.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki