image-4backend

Beyləqanda avtomobil qadını vuraraq ağır xəsarət yetirib

image-reklam_sirab_01

Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Veteninfo.az-ın məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. 1967-ci il təvəllüdlü İsmayılova Yaqut Akif qızı yolu keçərkən onu avtomobil vurub.

Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona hər iki topuğun yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki