image-60d2335e9f5bc60d2335e9f5bd162438844660d2335e9f5ba60d2335e9f5bbbackend

“Bizimləsən”də axtardılar, meyiti Sumqayıtda dənizin sahilində tapıldı

image-reklam_sirab_01

Sumqayıtda itkin kimi axtarışda olan şəxsin dənizdə boğulduğu müəyyən edilib.

Veteninfo.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Xəzər dənizinin Sumqayıt sahilində “Katamaran” istirahət mərkəzinin ərazisində dənizdən kişi meyiti tapılıb.

Aparılan araşdırma zamanı boğulan şəxsin 2005-ci il təvəllüdlü Zalov Qubad Xəqani oğlu olduğu müəyyənləşib. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 16 yaşlı yeniyetmə iyunun 20-dən evdən çıxması və bir daha geri qayıtmaması ilə bağlı valideynləri ATV-də yayımlanan “Bizimləsən” verilişinə müraciət etmişdi. Məlumata görə, Q.Zalov atasının ona şillə vurmasına görə yaşadığı evi tərk edibmiş.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki