image-79backend

BŞTİ: “Məktəbdən şagirdin qaçırılması ilə bağlı fakt yoxdur”

image-reklam_sirab_01

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin çoxunda müşahidə kameraları və mühafizə xidmətləri var. Odur ki, hansısa məktəbdən şagirdin qaçırılması ilə bağlı fakt yoxdur”.

Veteninfo.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, belə hal olubsa da məktəbdən kənar baş verə bilər: “Bununla bağlı da hüquq-mühafizə orqanları məşğul olur”.

M.Vəliyeva valideynlərə müraciət edərək deyib ki, övladlarına qarşı diqqətli olsunlar: “Cəmiyyət olaraq uşaqları diqqətdə saxlamalıyıq. Bu təkcə məktəbin, valideynin yox, ümumilikdə cəmiyyətin borcudur. Hər kəs bu məsələyə həssas yanaşmalıdır”.

Qeyd edək ki, Mehdiabad qəsəbəsində yerləşən 188 nömrəli məktəbdə 5-ci sinif şagirdinin naməlum şəxs avtomobili ilə qaçırmağa cəhd edib. Bildirilib ki, məktəbin ön kamerası işləmədiyindən küçədə olan digər müşahidə kameralarından şagirdi qaçırmaq istəyən şəxsin avtomobilin markasını təyin etmək mümkün olub.

Artıq azyaşlının qaçırılma cəhdi ilə bağlı iddialar nəzarətə götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki