image-1backend

“Bu qərar Azərbaycan xalqının arzu və istəyini ifadə edir” – Sahibə Qafarova

image-reklam_sirab_01

“Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev gələn ilin fevral ayının 7-də təyin edilən seçkilərdə YAP-dan namizəd göstərilib. Əlbəttə bu qərar bütün Azərbaycan xalqının arzu və istəyini ifadə edir”.

Vətəninfo.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib. MM sədri qeyd edib ki, dünya miqyaslı siyasi və dövlət xadimi olan Prezident İlham Əliyev ölkəmizə heyrətamiz uğurlar gətirən fəaliyyəti ilə xalqın dərin hörmət və rəğbətini qazanıb:

“Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxıb, geniş bölgədə söz sahibinə çevrilib. İlham Əliyev Azərbaycanın müzəffər sərkərdəsi kimi adını tarixə həkk edib. Onun siyasi diplomatik və hərbi strateji məharəti sayəsində 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri Qarabağ və Şərqi Zəngəzurun işğalına son qoyulması ilə nəticələnib. Dövlətimizin ərazi bütövlüyü və severenliyinin, tarixi ədalətin bərpa olunması xalqımızın milli qürurunu özünə qaytarıb. Əminliklə söyləmək olar ki, İlham Əliyevə xas olan siyasi səriştə, dövlətçilik təfəkkürü və idarəçilik məharəti dövlətimizin müstəqil inkişaf yolu ilə bundan sonra inamlı irəliləməyini təmin edəcək. Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq və yeni zirvələri fəth edəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki