Bu gün Cəlilabad rayon Qarazəncir Mədəniyyət evində müəllim, yazıçı, müasir uşaq ədəbiyyatının nümayəndəsi Cəbrail Həşimovun yaradıcılıq gecəsi keçirilib.
Veteninfo.az xəbər verir ki, Cəbrail müəllimin yaxın zamanlarda işıq üzü görən üç kitabı: “Mənim yolum”, “Kimin Vətəni gözəldir”, “Bikə nənənin nağılları” oxuculara təqdim edilib.
Tədbirdə Cəlilabad rayon ümumtəhsil məktəblərinin şagirdləri, RTŞ-nin rəhbəri Ağaxan Ağayev, Rayon Gənclər və İdman İdarəsinin rəhbəri Elçin Hüseynov, Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı, tarixçi – tədqiqatçı Elşad Əmənov və müəllimin digər yaxın dostları iştirak ediblər.
Çıxış edənlər müəllimin həm pedaqoji, həm yazıçılıq fəaliyyətini yüksək qiymətləndiriblər.
Tədbirin sonunda məktəblilər Cəbrail Həşimovun əsərlərindən təşkil edilmiş ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. Tədbirin musiqili qonaqları isə Röyal Musa və Rəhman Ramazanov olub.
Tədbir iştirakçıçarı Cəbrail müəllimi təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.