image-360440_res_01backend

Cəlilabadda qanlı olay

image-reklam_sirab_01

Aprelin 14-də saat 21 radələrində Cəlilabad rayonu, Ocaqlı kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev Ceyhun Cabir oğluna bıçaqla xəsarətlər yetirilməsi, atası 1964-cü il təvəllüdlü Əliyev Cabir Saleh oğlunun isə bıçaqlanaraq öldürülməsi barədə  rayon hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Hüquq-mühafizə orqanlarından Veteninfo.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla Ceyhun Əliyevin tanışı, əvvəllər məhkum olunmuş Niftullayev Ragin Mirzəbala oğlu tərəfindən şəxsi münasibətlər zəminində bıçaqlanmasına,   daha sonra həmin bıçaqla sonuncunun atası Cabir Əliyevə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ragin Niftullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki