Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb. Daş karxanasında 1980-ci il təvəllüdlü Əliyev Zamiq Gülağa oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. (APA)


























