image-16backend

DİN Gəncədə polisin yol qəzasında ölməsi ilə bağlı məlumat yayıb

image-reklam_sirab_01

Daxili İşlər Nazirliyi (DİN) Gəncə şəhərində polis əməkdaşının qəzaya düşərək ölməsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən “Report”a daxil olan məlumatda deyilir:

“Bu gün-noyabrın 24-də saat 07:30 radələrində Gəncə şəhər Reginoal Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb.

Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə Baş Polis İdarəsində araşdırma aparılır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki