image-6backend

DİN özlərini avtomobilin altına atan dilənçilərlə bağlı yayılan görüntülərə münasibət bildirib

image-reklam_sirab_01

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə paytaxt ərazisində özlərini avtomobilin altına atan şəxslərlə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, yayılan videogörüntülər araşdırılır.

“Bu barədə məlumatlıyıq. Artıq araşdırmalara başlanılıb”, – şöbə rəisi qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə paytaxt ərazisində dilənçiliklə məşğul olan şəxslərin özlərini avtomobilin altına atması ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdə həmin şəxslərin vətəndaşlar tərəfindən saxlanıldığı qeyd edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki