image-30d5b8db-8cd9-3ce1-bf55-04f77ad3e48e_850backend

Dövlət qulluqçuları üçün təlim strategiyası layihəsi hazırlanıb

image-reklam_sirab_01

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Azərbaycan Res­publikasında dövlət qulluqçuları üçün Təlim Strategiyası (2022-2025-ci illər)” layihəsi hazırlanıb.

“Report”un xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

M.Abbaszadənin sözlərinə görə, təlim strategiyası dövlət qulluqçularının peşəkar inkişafı sisteminin təkmilləşdirilməsini, dövlət qulluğunun, dövlət orqanlarının və dövlət qulluqçularının təlim tələbatlarını hərtərəfli ödəyən peşəkar və davamlı təlim sisteminin formalaşdırılma­sı yolu ilə dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasını nəzərdə tutur.

“Təlim strategiyası hazırlanarkən dövlət qulluqçularının təlimi sahəsində mövcud vəziyyət təhlil edilmişdir. Təhlil dövlət qulluq­çuları üçün təşkil edilən təlimlərin nəticələri, “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində yerli ekspert tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin ekspertizası­nın nəticələrinə dair yekun hesabat nəzərə alınmaqla aparılıb”, – Məleykə Abbaszadə qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki