image-38backend

DSX Akademiyasının kursantının intiharı ilə bağlı cinayət işi açılıb

image-reklam_sirab_01

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantının intiharı ilə bağlı cinayət işi açılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, DSX Akademiyasının kursantı, 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmış və hazırda istintaq aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki