image-062300034772backend

Əfqanıstan məsələsi prizmasında Pakistan-Azərbaycan münasibətləri

image-reklam_sirab_01

Azərbaycan prezidenti İlham Əliyev iyunun 21-də Pakistan İslam Respublikasının Quru Qoşunlarının komandanı general Qamar Caved Bacvanı qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyevin və general Bacvanın açıq bəyanatları tərəflərin münasibətlərdə yeni mərhələyə hazırlaşdığını göstərir. İlham Əliyev Pakistanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək səylərinə dəstəyini yüksək qiymətləndirib, Bakının Pakistan-Hindistan arasındakı Kəşmir münaqişəsində İslamabadın tərəfində olduğunu vurğulayıb.

Veteninfo.az xəbər verir ki,siyasi ekspert və eyni zamanda “Turan”İnformasiya Agentliyinin  rəhbəri Mehman Əliyev bununla bağlı bildirib ki,general Qamar Caved Bacvanın görüşdə vermiş olduğu mesaj maraqlıdır: “Zati-aliləri, Azərbaycan ilə bizim ortaq tərəfdaşlarımızdan biri də Türkiyədir. Sizin “bir millət, iki dövlət” dediyiniz kimi, Türkiyə bizim də qəlbimizə çox yaxındır. Dünyada ən yaxın əlaqələrimiz Türkiyə ilədir. Hər üç ölkə arasında sıx əlaqələrin olması əməkdaşlığımız üçün hədsiz imkanlar açır”. Bu mesaj Əfqanıstanda hakimiyyət dəyişikliyi və ya daha doğrusu, Taliban hərəkatının təkhakimiyyətliyinin bərqərar edilməsi mərhələsinə keçmiş proseslər kontekstində çox maraqlıdır. Əslində Pakistan və Türkiyə müxtəlif dünya meydanlarında sıx şəkildə qarşılıqlı fəaliyyət göstərir, onlar arasında 40 illik hərbi həyatdan (əvvəlcə Sovet, daha sonra isə Amerika işğalı altında) dinc həyata keçid vəziyyətində olan Əfqanıstan mühüm yer tutur. NATO koalisiyası başda olmaqla, ABŞ mayın 1-dən etibarən qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Bu proses sentyabrın 11-də başa çatacaq – Beynəlxalq terrorizmlə mübarizənin başlanğıc nöqtəsi və Amerikanın Şimali Afrikadan postsovet Mərkəzi Asiya sərhədlərinə qədər irimiqyaslı hərbi-siyasi təsdiqi olan 30 illik tarixin başlanğıc nöqtəsi.Amerikalıların gedişini məğlubiyyət adlandırmaq olmaz. Bu müddət ərzində radikal islamçı Taliban hərəkatı ilə işgüzar münasibətlər qurulub. Hərəkat bütün xarici qoşunların Əfqanıstandan çıxarılması şərti ilə dünya ictimaiyyəti ilə qarşılıqlı fəaliyyətə razılıq verib. ABŞ Əfqanıstanda taliblər rejiminin hakimiyyətə gəlməsi ilə faktiki olaraq razılaşıb. 2020-ci il fevralın 29-da Qatarda taliblərlə qoşunların Əfqanıstandan çıxarılması haqqında saziş imzalanarkən Taliban hərəkatı “Əfqanıstan islam əmirliyi” kimi göstərilib”.

image-062200009937

Mehman Əliyev qeyd edir ki, Amerika qoşunlarının Əfqanıstandan çıxarılması başladıqdan sonra vəziyyətin inkişafı amerikalıların tərk etdiyi regionların sürətlə taliblərin hakimiyyəti altına keçdiyini göstərir. Bu da əfqan cəmiyyətində onların gücündən və nüfuzundan xəbər verir.: “NATO qoşunlarının çıxarılması prosesi başladıqdan etibarən – mayın 1-dən iyunun 15-nə qədər taliblər Əfqanıstanın 34 əyalətində 32 dairəni nəzarətə götürüb. BMT-nin məlumatına görə, Taliban ölkə ərazisinin 70%-nə qədərinə nəzarət edir. Taliblərin hakimiyyəti altına keçən ərazilərin artması dinamikası payıza qədər Əfqanıstanın faktiki olaraq islam əmirliyi olacağını göstərir. Bu prosesin əsas nailiyyəti müharibənin başa çatması, bütün ölkədə təkhakimiyyətliliyin bərqərar olması və dövlət idarəçiliyi sisteminin yaradılması olacaq.Faktiki olaraq hamı – ABŞ, Çin, Hindistan, Pakistan, İran, Türkiyə, Rusiya, Aİ və digərləri ilk dövrdə radikal da olsa, bütün ölkəni əhatə edən və qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi üçün əməkdaşlıq etməyin mümkün olacağı hakimiyyətin bərqərar olmasında maraqlıdır.Əfqanıstan xammal sərvətləri ilə məşhurdur, onların böyük hissəsi – dəmir filizi, qızıl, mis, daş kömür volframı, kükürd, duz, gips, neft və qaz, qalay, lazurit, xromit, qurğuşun yataqları işlənməyib. Yataqların işlənməsi böyük kapital, infrastruktur yaradılmasını, iş yerləri açılmasını tələb edəcək. Bir sözlə, Əfqanıstan 31 milyonluq əhalisiilə  böyük istehsalat meydanına çevrilir. Bu cür layihələrin həyata keçirilməsi ölkəni hərbi qapalı ölkədən açıq – dünya iqtisadiyyatına və sivilizasiyasına inteqrasiya etmiş ölkəyə çevirir. Bu dəyişikliklər əfqanların və əsas hərbi-ideoloji qüvvənin – Talibanın təfəkkürünü və həyat tərzini dəyişdirəcək. Taliban iyerarxiya nöqteyi-nəzərdən üç qrupa bölünür: hərəkatın mühacirətdəki rəhbərliyi – burada Qərb ali məktəblərində təhsil almış insanlar təbəqəsi formalaşıb və buna görə bu qrupun iqtisadiyyatı, xarici siyasəti və s. idarəetmə vasitələrini öz əlinə alacağı qaçılmazdır. İkinci qrup sahə komandirləridir. Onlara vuruşmaq öyrədilib və onlar yeni dövlətdə orduda, polisdə əsas halqa olacaqlar. Və nəhayət, üçüncü qrup – sıravi döyüşçülər. Onlar da yeni ordunun və polisin əsasını təşkil edəcəklər, bir hissəsi dinc həyata çəkiləcək. Məhz birinci qrup radikal ideologiyadan mülayim ideologiyaya keçid zamanı ölkənin inkişafına böyük təsir göstərəcək. Bu prosesdə daxili tarazlığın qorunub saxlanmasında mühüm rol Pakistan və Türkiyə kimi dünyəvi islam dövlətlərinin üzərinə düşür. Onlar özlərini əfqan xalqının dostu və islam müdafiəçiləri kimi göstəriblər. Hər iki ölkənin əfqan etnik qrupları və əlbəttə ki, Taliban hərəkatı ilə sıx əlaqələri var. Amerikalıların gedişindən sonra iki müttəfiq ölkə yeni əfqan dövlətinin formalaşması dövründə təhlükəsizliyi təmin edəcəklər. General Bacvanın prezident Əliyevə müraciətinə məhz bu kontekstdə baxmaq lazımdır. Faktiki olaraq, bu, Azərbaycana Pakistan-Türkiyə ilə birlikdə əfqanların daxili siyasətində iştirak etmək təklifidir. Azərbaycanın məhdud hərbi kontingenti Əfqanıstanda türk qoşunlarının tərkibində xidmət çəkir və söhbət iştirakın genişləndirilməsindən gedə bilər. Son vaxtlar birgə təlimlər və treninqlərdən ibarət Azərbaycan-Pakistan hərbi əməkdaşlığı genişlənib. Həmçinin Mərkəzi Asiyanın postsovet ölkələrinin prosesə qoşulmasını gözləmək olar. Bu ölkələr artıq Əfqanıstanda bir sıra layihələrlə bağlı danışıqlar aparıblar. Nümunələrdən biri: 2020-ci il iyulun 2-də Türkmənistan, Əfqanıstan və Azərbaycan liderləri Qurbanqulı Berdıməhəmmədov, Məhəmməd Əşrəf Qani və İlham Əliyevin videokonfrans formatında görüşü keçirilib. Əşrəf Qaninin təşəbbüsü ilə keçirilən görüşdə iştirakçılar nəqliyyat sahəsində əməkdaşlığı, habelə iqtisadiyyatın digər sahələrində razılaşma yollarını, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə yeni multimodal dəhlizin (Lapis Lazuli) yaradılmasını müzakirə ediblər. Dövlətlərin Əfqanıstanda sülhü bərqərar etmək üzrə ortaq səyləri bu ölkənin dinc həyata transformasiyasına dair ümid verir. Hindistan və ÇXR, Hindistan və Pakistan, Rusiya və ABŞ arasındakı təzadlar ikinci plana keçir. Bu günlərdə ABŞ-Rusiya, Əfqanıstan-Pakistan-Türkiyə, Əfqanıstan-İran-Türkiyə məsləhətləşmələri keçirilib. 4 istiqamət müzakirə olunub: sülh prosesi, təhlükəsizlik məsələləri, terrorizmə və mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya qarşı mübarizə”.

Mehman Əliyev vurğulayıb ki, taliblər Rusiyanın yeni Əfqanıstanın formalaşması prosesində iştirakına etiraz etmirlər və tərəflər arasında müsbət işgüzar münasibətlər var: “Təsadüfi deyil ki, ABŞ prezidenti Co Baydenin Əfqanıstanda sülh prosesinə dəstək xahişinə cavabda Rusiya prezidenti Vladimir Putin əminliklə bildirib ki, Rusiya Hindukşada – bu ölkədə strateji əhəmiyyətə malik dağ silsiləsində təhlükəsizliyi təmin edəcək. Türkiyə də bunda ən az Rusiya qədər maraqlıdır, onunla Moskva ilə Liviya, İraq, Suriya, Cənubi Qafqazda işgüzar münasibətləri inkişaf edir.Amma, yenə də, Türkiyə güclü dünyəvi, Qərbyönlü və eyni zamanda müsəlman ölkəsi olaraq Əfqanıstanın gələcək quruculuğunda bu çoxvektorlu münasibətlər sistemində mühüm körpü rolunu oynayacaq. Türkiyə böyük müsəlman ölkəsidir, Əfqanıstanın onunla tarixi əlaqələri var. Biz gələcəkdə ölkəmizdə yeni islam hökuməti qurulduqdan sonra da onunla sıx və yaxşı münasibətlərə malik olacağımıza ümid edirik. Taliblərin bu bəyanatı iyunun 11-də, Türkiyənin ABŞ-ın xahişi ilə Kabul aeroportunu nəzarəti altına götürməyə razılaşmasından sonra səslənib. Taliblər bu addımları NATO qoşunlarının çıxarılması haqqında razılaşmaların pozulması kimi qiymətləndiriblər və 500 nəfərlik Türkiyə hərbi kontingentinin Əfqanıstanı tərk etməsini tələb ediblər. Amma bundan sonra səssizlik çöküb. Hadisələrin inkişaf məntiqi türklərin taliblərlə razılıq əldə etdiyini göstərir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki