“Bəzi xəstələrin aşağı ətrafları ilə yanaşı, yuxarı ətraflarında da problemləri var. Bu şəxslər sadə təkərli arabaları idarə edə bilmədiklərindən onlara mühərrikli təkərli arabalar təyin edilir”.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov “Sosial saat”da bildirib . Onun sözlərinə görə, yerimə funksiyasının kəskin pozulması hallarında bu arabalar verilir:
“Tibbi göstəriş olmadıqda və əks-göstəriş hallarında isə belə arabalar verilmir. Məsələn, əqli gerilik, qıcolma tutmaları və böyrək çatışmazlığı olan şəxslərə mühərrikli arabaların verilməsi problemlərə gətirib çıxara bilər” – o deyib.