image-1656136876_dc4f4096-6620-31b6-98e8-44e5a65283a1_850backend

Füzulidə ermənilərdən qalan raket sistemi aşkarlandı

image-reklam_sirab_01

Vətəninfo.az- a bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkar ediblər. Tapılan 5 avtomat, 3 qumbaraatan, 1 pulemyot, 1 tapança, 1 minaatan, 1 tank əleyhinə idarəolunan raket sistemi, 44 müxtəlif növ qumbaralar, 7 mərmi, 2959 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki