image-61backend

Füzulidə xəstənin ölümünə səbəb olan cərrahın məhkəməsi başlayır

image-reklam_sirab_01

Füzuli rayonunda xəstənin ölümünə səbəb olmaqda təqsirləndirilən Azad Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Vətəninfo.az-ın xəbərinə görə, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində həkim-ümumi cərrah vəzifəsində işləmiş Azad Hüseynzadə ayrı-ayrı vaxtlarda rayonun Araz Dilağarda kənd sakini Gülnar Ağakişiyeva və Beyləqan rayonu, Dünyamalılar kənd sakini İncibəyim Məmmədquliyevanı cərrahi əməliyyatı edib. Cərrahi əməliyyatı zamanı etdiyi səhv nəticəsində G.Ağakişiyevanın səhhətində fəsadlar yaranıb, İ.Məmmədquliyeva isə ölüb.

Faktla bağlı Füzuli Rayon Rokurorluğunda A.Hüseynzadə barəsində Cinayət Məcəlləsinin 314.2 ( səhlənkarlıq-eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 311.3.2-ci (rüşvət alma- təkrar törədildikdə) maddələri ilə cinayət işi açılıb. Daha sonra təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilən və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki