image-6backend

Gəncədə silsilə oğurluq etməkdə şübhəli bilinən azyaşlılar saxlanılıb

image-reklam_sirab_01

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini əvvələr məhkum olunmuş Asəf Quluzadə saxlanılaraq Polis İdarəsinə gətirilib.

Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin evinə baxış keçirilib və oradan bir ədəd sellofan bükülüdə 130 qram çəkidə narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb. Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, araşdırmalar davam etdirilir.

Bundan başqa, ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq etməkdə şübhəli bilinən azyaşlılar saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər cari ilin müxtəlif vaxtlarında şəhər ərazisindəki 2 mağazaya qeyr-qanuni yolla daxil olaraq oradan 3500 manata yaxın nağd pul oğurlayıblar. Şübhəli şəxslərin digər anoloji cinayətlər törətməsi istisna olunmadığından faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki