Vətən Müharibəsində göstərdiyi xidmətlərə görə “Qarabağ” ordeni və Suqovuşan, Xocəvənd, Füzulinin azad edilməsinə görə medalları ilə mükafatlandırılan general-mayor Hikmət Həsənovun yeni vəzifədə ilk görüntüsü yayılıb.
Veteninfo-nun məlumatına görə, o, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Gürcüstan nümayəndə heyəti ilə görüşdə iştirak edib və onun akamediyanın rəis müavini vəzifəsinə təyin edilməsi dəqiqləşib.
Qeyd edək ki, generalın Birinci Ordu korpusu komandiri vəzifəsindən çıxarıldığı haqda məlumatlar yayılsa da, Müdafiə Nazirliyi nə təsdiq, nə də təkzib etmişdi.