image-c6aa5123-aa29-3ad1-8844-c34d676ade9f_850backend

Goranboyda yol qəzası olub, ölən və xəsarət alan var

image-reklam_sirab_01

Goranboy rayonunda ağır avtomobil qəzası olub.

Veteninfo.az-ın Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Goran qəsəbəsinə yaxın ərazidə baş verib.

İki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində ilkin məlumata görə, qəzada bir nəfər ölüb və daha bir nəfər ağır yaralanıb. Yaralı, 1963-cü il təvəllüdlü Məmmədova Fatma Məmməd qızı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki