Güclü ordunun olması dövlət siyasətinin illər boyu əsas prioriteti olub.
Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında qoyuldu. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra həm prezident, həm də Ali Baş Komandan olaraq, ordunun qüdrətli olmasına diqqət yönəltdi. Ordu vahid komandanlıq ətrafında birləşdirildi və nizami ordu yaradıldı. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, elmi əsaslarla davam etdirildi, ordu siyasi təsirlərdən xilas edildi. Bu gün beynəlxalq müstəvidə Azərbaycan adı çəkiləndə qalib ölkə, qələbə yada düşür. Qazandığımız Tarixi Qələbənin sayəsində Beynəlxalq güclər də Qafqazda yürüdülən siyasətə görə Azərbaycan Respublikası ilə hesablaşmağın vacibliyini dərk etdi. Bu günlərdə 103 yaşını qeyd edəcəyimiz ordumuz torpaqlarımızı işğaldan azad etdi.Azərbaycanın uğurları günü-gündən dünyanın diqqətini çəkməkdədir. Ölkəmiz iqtisadi inkişaf göstəricilərinə görə qabaqcıl sıralarda yer alır və bu da hər il ardıcıl olaraq Beynəlxalq iqtisadi forumda öz əksini tapır. Prezident İlham Əliyevin öz çıxışlarında qeyd etdiyi Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var! reallığı 44 günlük Vətən müharibəsində də özünü təsdiq etdi. Dövlət başçısının apardığı məqsədyönlü xarici siyasət nəticəsində ölkəmizin dünyanın güclü dövlətləri sırasında öz yeri vardır. Dövlətimizin başçısının qətiyyətli addımları, milli maraqlara xidmət edən müstəqil siyasəti, xalqın rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, ölkədə yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və Azərbaycanda sarsılmaz xalq-prezident birliyinə səbəb olan əsas amillərdir. Xalqımız ölkə başçısının ətrafında sıx birləşməklə dəmir yumruq oldu və bu Dəmir Yumruq düşmənin başını əzdi.
HÜMBƏTLİ FİRUZƏ—YAP üzvü