image-92backend

Gürcüstan DİN Azərbaycan vətəndaşının qətlə yetirilməsini təsdiqləməyib

image-reklam_sirab_01

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Kobuleti qəsəbəsində qətl törədilib.

Vətəninfo.az xəbər verir ki, hadisə Kostava küçəsində qeydə alınıb.

İnsidentdən öncə mübahisənin baş verdiyi bildirilir. Yaralanan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“Rustavi 2” telekanalının məlumatına əsasən, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşıdır.

Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi üzrə istintaq aparılır və qətli törədən şəxsin kimliyi artıq müəyyən edilib.

DİN “Report”ın yerli bürosuna qətlə yetirilən şəxsin Azərbaycan vətəndaşı olması barədə yayılan məlumatı təkzib edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki