image-4backend

Həftəsonu toylara görə daha 43 nəfər cərimələnib

image-reklam_sirab_01

Noyabrın 20-21-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 1 233 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, monitorinq 1 192 şadlıq sarayında, 41 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 43 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 76 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki