image-2b166467-e6eb-30b6-98ff-7efaec7b87bf_850backend

İngiltərədə oyun vaxtı futbolçunun ürəyi dayanıb

image-reklam_sirab_01

İngiltərədə “Vest Bricford” və “Boston Yunayted” komandaları arasında keçirilən Gənclər Kuboku oyunu başa çatdırılmayıb.

Veteninfo.az-ın “Daily Mail”ə istinadən məlumatına görə, buna futbolçulardan birinin ürəyinin dayanması səbəb olub.

“Vest Bricford”in oyunçularından biri matç zamanı infarkt keçirib. Komandanın həkimləri ona ilkin tibbi yardım göstərib. Daha sonra meydana bir neçə təcili yardım maşını və xilasetmə helikopteri daxil olub.

Xəstəxanaya yerləşdirilən futbolçunun vəziyyəti yaxşı deyil.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki