image-22backend

İtkin düşən daha bir hərbçimizin nəşi tapıldı – FOTO

image-reklam_sirab_01

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçidən biri – Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

 

Veteninfo.az xəbər verir ki, bu barədə APA-ya şəhidin qardaşı Vüqar Əliyev məlumat verib. O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

 

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
Allah rəhmət eləsin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki