Son zəng həm şagirdlər üçün, müəllimlər üçün,eyni zamanda valideyinlər üçün bir vida xəttidir.
Vətəninfo.az xəbər verir ki, Kimya Biologiya Təmayüllü Respublika Liseyidə son zəng tədbiri keçirilib.Son zəngi tədbirin təşkilatçısı Həbibə Ələkbərova giriş sözü ilə açdıqdan sonra,Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Son Zəngə toplaşan şagirdlər,müəllimlər,eyni zamanda valideyinlər və qonaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhid olan Vətən övladlarının xatirəsin bir dəqiqəlik sükütla yad etdilər.
Qeyd edildi ki, 44 günlük Vətən müharibəsi və pandemiyadan sonra,keçirilən ilk tədbirdi. Daha sonra liseyin direktoru Kamran Rəhimov çıxış edərək bu il 11-ci sinifi bitirən şagirdlərə,müəllimlərə və valideyinlərə gözaydınlığı verdi.Litseyin direktor müavinləri,eyni zamanda valideyinlər bu il məzun olan şagirdləri təbrik etdilər.Daha sonra tədbir şagirdlərin hazırladıqları bir-birindən maraqlı səhnələrlə və rəqsləri ilə başa çatdı.
https://www.youtube.com/shorts/he5sqNHkOeg
https://www.youtube.com/shorts/cSfeb0nDQG0