image-5backend

Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var

image-reklam_sirab_01

Kürdəmir rayonunda yol qəzası baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Əzimli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Qarasaqqal kənd sakini Əhmədov Emin Şövqü oğlunun idarə etdiyi ”VAZ-21015” markalı avtomobil “ZİL” markalı yük maşınına çırpılıb. Nəticədə E.Əhmədov və onun sərnişini, rayonun Yenikənd kənd sakini, 22 yaşlı Həmzəyev Elmir Mehman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki