image-16backend

Kürdəmirdə yük avtomobilləri toqquşub, xəsarət alanlar var

image-reklam_sirab_01

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi olub.

Veteninfo.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı yük maşını “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü, Balakən rayon sakini, 33 yaşlı Xalayev Elvin Vaqif oğlu və onun sərnişini, Zaqatala rayon sakini, 67 yaşlı Çobanov Osman Şaban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki