image-img-20210409-wa0015backend

Laçın polisi silah-sursat aşkar edib

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki,İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonu Üçtəpə adlanan ərazidə keçirilmiş növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən 5 ədəd pulemyot, 2 ədəd qumbaraatan, 1 ədəd minaatan qurğusu, 1 ədəd tüfəng, 3 ədəd əl qumbarası, 29 ədəd avtomat darağı, 7 ədəd müxtəlif çaplı mərmi, 4500 ədəd güllə və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki