image-35jpg-1681204718backend

Milli Məclis: 5 qanun qəbul edildi

image-reklam_sirab_01

Milli Məclisin üzvləri gündəlikdə olan 5 məsələyə münasibət bildiriblər.

Vətəninfo.az xəbər verir ki, Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən növbəti plenar iclasda deputatlar üçüncü oxunuşda 5 qanunu qəbul ediblər.

Belə ki, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Elektroenergetika haqqında” qanun layihəsi, “Prokurorluq haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi, “Dövlət qulluğu haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki