Milli Məclis İran İslam Şurasının İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən qərarına cavab olaraq bəyanat hazırlayıb.
Vətəninfo.az xəbər verir ki, spiker Sahibə Qafarova İran parlamentinin bəyanatına cavab olaraq komissiyanın yaradılmasını təklif edib. Komissiyanın sədri parlament sədrinin müavini Fəzail İbrahimli seçilib.
Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri olub. Bəyanatı deputat Kamran Bayramov səsləndirib.