image-30jpg-1682407452backend

Milli Məclisdə qalmaqal: Vahid Əhmədovun məsələsinə nizam – intizam komissiyasında baxılacaq

image-reklam_sirab_01

“Bu yaxınlarda həmkarımız Vahid Əhmədov mətbuatda xoşagəlməz müsahibə verib. Blogerin suallarının təsiri altına düşən həmkarımız dövlətin həyata keçirmiş olduğu fundamental məsələlərə şübhə toxumu səpməyə çalışdı”.

Vətəninfo.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

“Məni narahat edən millət vəkilinin Azərbaycan dövlətçiliyinə təhdidləri, qərəzli münasibətləridir”, – deyə deputat bildirib.

Millət vəkili Vahid Əhmədov isə Fəzail Ağamalının çıxışına münasibət bildirərək qeyd edib ki, bütün suallara nizam -intizam komissiyasının iclasında cavab verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki