image-22b8e479-6d8b-3a40-b9d3-299d9d941bef_850backend

Narkotik satmaqda şübhəli bilinən Cəlilabad sakini saxlanılıb

image-reklam_sirab_01

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ə.Cəfərov saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Veteninfo.az-ın Muğan bürosuna verilən məlumata görə, şəxsi axtarış zamanı ondan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə Ə.Cəfərovun psixotrop maddəni əldə etdiyi şəxsin rayonun Məşədilər kənd sakini F.Əzizov olduğu müəyyən edilib və o idarə etdiyi “Vaz” markalı avtomobildə saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

F.Əzizovun üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 kiloqram 220 qram heroin, 2 kiloqramdan artıq qurudulmuş marixuana, 10 qramdan artıq tiryək, metadon həbləri, 1 ədəd optik cihaz, elektron tərəzi və bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.image-5933aef9-7e3f-3b2c-9cbf-36c27b054f01 image-8967064d-a3d8-3742-aa9a-8a4f7a3964d4

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki