image-2backend

Nazirlik: “Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir”

image-reklam_sirab_01

“İlkin araşdırmalara görə, Amnistiya Aktı Penitensiar Xidmətdə 5 800-ə yaxın, Probasiya Xidmətində 8 800 məhkuma şamil olunması gözlənilir”.

Veteninfo.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən “dəyirmi masa”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir: “Bunun 15 min nəfərə yaxını Ədliyyə Nazirliyi tərəfindən icra olunacaq. Bu Amnistiya Aktı digərlərindən əhatəsinin genişliyi ilə fərqlənir”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki