image-51backend

Neftçalada qonşusunu qətlə yetirən şəxsin məhkəməsi başlayır

image-reklam_sirab_01

Neftçala rayonunda qonşusunu qətlə yetirməktə təqsirləndiirlən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə “Report”a Neftçala Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 22 iyul 2021-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbə sakini, 1989-cu il təvəllüdlü Mirağa Musayevin qəsdən öldürülməsi faktı ilə rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qonşusu Famil Baloğlanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Mirağa Musayevə bıçaqla xəsarətlər yetirərək sonuncunu valideynlərinin gözləri qarşısında qəsdən öldürüb.

Famil Baloğlanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki