image-6218900ee9e266218900ee9e2716457769106218900ee9e226218900ee9e24backend

Ötən il əlillik təyin edilən şəxslərin sayı açıqlanıb

image-reklam_sirab_01

Ötən il 61 935 nəfərə əlillik dərəcəsi təyin olunub.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov “Sosial saat”da deyib. Onun sözlərinə görə, onlardan 18 493 nəfəri ilkin əlillik, 43442 təkrar əlillikdir.

Əlilliyi olan şəxslərin 9325 nəfəri Agentliyin tabeliyindəki müəssisələrdə reabilitasiya xidmətlərindən istifadə edib.

İ. Yusifov deyib ki, aşağı ətrafın dizdən aşağı olmaması müddətsiz III qrup, budun amputasiyası isə müddətsiz II dərəcə əlilliyə əsas verir. Qolun biləkdən yuxarı istənilən səviyyədə amputasiyası hallarında isə müddətsiz II dərəcə əlillik verilir:

“İki aşağı, iki yuxarı və ya bir aşağı bir yuxarı ətrafın amputasiyası isə I dərəcə əlilliyə əsas verir. İyulun 1-dən qüvvəyə minəcək yeni meyarlarda isə amputasiyaların hər birinə müvafiq olaraq müəyyən faizlər təyin olunacaq və ona uyğun da sosial ödəniş həyata keçiriləcək” – o deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki