image-31backend

Paytaxtda avtomobil 34 yaşlı kişini vurub

image-reklam_sirab_01

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Veteninfo.az-ın  məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. 1987-ci il təvəllüdlü İbrahimov Kamran Telman oğlu piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki